İranın nüvə proqramına dair birgə komissiyanın iclası başlayıb

Vyanada İranın nüvə proqramına dair razılaşmanın yerinə yetirilməsi ilə bağlı yaradılan birgə komissiyanın iclası başlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Avropa Xarici Fəaliyyətlər Xidmətinin baş katibi Helqa Şmidin sədrliyi ilə keçirilən iclasda Fransa, Almaniya, Böyük Britaniya, İran, Rusiya və Çin nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, 2018-ci ilin may ayında ABŞ İranın nüvə proqramına dair razılaşmanı (JCPOA) tərk etdikdən sonra İran hökuməti də bu plan çərçivəsindəki öhdəliklərini mərhələli şəkildə ixtisar edəcəklərini açıqlamışdı.

Bu il yanvarın 14-də Almaniya, Fransa və Böyük Britaniya razılaşma çərçivəsində mübahisələrin həlli mexanizmini tətbiq etdiklərini bildiriblər.

ƏvvəlkiABŞ hərbçisi koronavirusa yoluxub
NövbətiErmənistanın təcavüzkar siyasətinin mahiyyətini ifadə edən ən qanlı faciə – Xocalı soyqırımı