İranda milli valyutanın adı dəyişdi

Bu gün İran parlamenti ölkənin milli valyutasının adının dəyişdirilməsi və denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Məlumata görə, bundan sonra İranda milli valyuta rial deyil, indiyə qədər xalq arasında deyildiyi kimi tümən adlanacaq. Bir tümən isə 10 000 riala bərabər götürüləcək. Bu, yerli pul vahidindən 4 sıfırın silinməsi deməkdir.

Xatırladaq ki, qonşu ölkədə Milli Bankı pul islahatı ilə bağlı layihəni 2016-cı ildə bəyənib.

ƏvvəlkiBelarusda koronavirusdan ölənlərin sayı 100-ü keçdi
Növbəti“Aşıq Şəmşir” Mədəniyyət Ocağından “Evdə qal, cəmiyyəti qoru” kampaniyası çərçivəsində növbəti aksiya