“İranda aksiya liderləri edam olunacaqlar” – ŞOK

İranin dini lideri Ayətullah Əli Xameneyiyə yaxın “Keyhan” qəzeti gözlənilməz iddia ilə çıxış edib.

Enter.News xəbər verir ki, qəzetdəki məlumatlara əsasən, benzinin qiymətinin artımına qarşı başlanmış aksiyalara liderlik edənləri edam cəzası gözləyir:

“Ölkədəki xaosun liderlərini edam gözləyir. Xaosçuların etdiyi əməl “üsyan”dır və cəzası hüquqi, o cümlədən şəriət qanunlarına əsasən edamdır”.

Qeyd edək ki, iddialara görə etirazlar zamanı həbs edilənlər istintaq gedişində aksiya təşkil etmək qarşılığında pul aldıqlarını etiraf ediblər.

Aksiyalar zamanı ölənlərin sayı barədə rəsmi məlumat verilməsə də, 1000-.dək etirazçının tutulduğu bildirilir.

ƏvvəlkiOktyabr ayında Prezident İlham Əliyevin reytinqində yüksəlmə müşahidə olunub – SORĞU – VİDEO
NövbətiABŞ səfiri Azərbaycan və Ermənistan dini liderlərinin görüşməsini təklif edib