İran XİN: İranın özünü müdafiə etmək hüququ var

Amerikanın İraqdakı hərbi bazalarına ona görə raket zərbələri endirilib ki, bir daha İranın yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd baş verməsin.

AZƏRTAC xəbər verir ki, bu bəyanat ilə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib. Nazir bildirib ki, BMT Nizamnaməsinin 51-ci bəndinə əsasən İranın özünü müdafiə etmək hüququ var. ABŞ-ın İraqdakı hərbi bazalarının raketlərlə vurulması müdafiə xarakteri daşıyır.

M.C.Zərif qeyd edib ki, İran yeni müharibənin alovlanmasını istəmir. Lakin rəsmi Tehran özünü müdafiə etməkdən də çəkinmir və çəkinməyəcək.

ƏvvəlkiUkraynanın İranda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin hamısı həlak olub
NövbətiYaponiya İranın raket zərbələrindən sonra diplomatik vasitələrlə gərginliyi azaltmağa çalışır