Ukraynanın İranda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin hamısı həlak olub

Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyinə “Qırmızı Aypara” təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib.

“Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Qəza zamanı təyyarədə 180 nəfər olub.

ƏvvəlkiAtəşkəs rejimi 21 dəfə pozulub
Növbətiİran XİN: İranın özünü müdafiə etmək hüququ var