İran ordusunun polkovniki Tehranda öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) polkovniki Səyyad Xudayari qətlə yetirilib.

“Report” bu barədə İRNA-ya istinadən xəbər verir.

Məlumata görə, polkovnik şəxsi avtomobilinin sükanı arxasında olarkən ona atəş açıblar.

Beş güllə yarası alan Xudayari yerindəcə ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiPrezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü olub
NövbətiTürkiyənin xarici işlər naziri 15 il müddətdən sonra İsrailə səfər edəcək