İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklərə həsr edilmiş iclası keçirilib

İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklərə həsr edilmiş iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 20-də keçirilən iclasda 2024-cü ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsi, onun nəticələrinə əsasən vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər, eləcə də Vergi Məcəlləsinə edilən dəyişiklik layihəsinə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin, vergi inzibatçılığı tədbirlərinin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi üzrə dəyişiklikləri əhatə edən istiqamətlər və digər məsələlər geniş müzakirə olunub.

İclasda maliyyə naziri Samir Şərifovun və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

ƏvvəlkiAzərbaycanda MMC-lərlə bağlı bir sıra yeniliklər olacaq
NövbətiBMT-nin nümayəndəsi Ermənistanın mülki əhalini hədəfə alan terror əməlləri barədə məlumatlandırılıb