İqor Korotçenko: Meşələrdə gizlənən ermənilərə terrorçular kimi baxılmalıdır

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq ictimaiyyət, həmçinin Rusiya ölkə prezidenti Vladimir Putinin dəfələrlə bildirdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiyanın hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Meşələrdə gizlənənlər və Hadrut ərazisində təxribatla məşğul olmuş qanunsuz erməni silahlı birləşmələrinə beynəlxalq terrorçular kimi baxılmalıdır”, – ekspert qeyd edib.