İordaniyada dövlət çevrilişi cəhdinin qarşısı alındı

İordaniyanın paytaxtı Amman şəhərində kral ailəsinin üzvü Şərif Həsən bin Zayed və Kral II Abdullahın keçmiş müşaviri, keçmiş maliyyə naziri Bassam Avadalla həbs olunub.

“Report” xəbər verir ki, bu barədə İordaniyanın “Petra” agentliyi məlumat yayıb.

Məlumatda daha bir neçə nəfərin təhlükəsizlik səbəbi ilə saxlanıldığı da bildirilir.

Öz növbəsində “Əl-Məyadin” telekanalı “Ammanda II Abdullahı hakimiyyətdən uzaqlaşdırmaq üçün hazırlanan sui-qəsdin üstü açıldı” başlıqlı xəbər yayımlayıb. Qeyd olunub ki, keçmiş vəliəhd Həmzə bin Hüseyn və bir neçə yüksək rütbəli zabit ev dustağıdırlar.

ƏvvəlkiAzərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı
NövbətiCüdoçumuz “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb