İordaniya Kralı Azərbaycan Prezidentinə məktub yazıb

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm”.

ƏvvəlkiLənkəranda zəlzələ qeydə alınıb
NövbətiAnar Bağırov: Ermənistan qarşısına qoyduğu hədəflərə çata bilmədi