İnterpolun prezidenti Çində itkin düşüb

Fransada İnterpolun prezidenti Men Hunveyin itkin düşməsi ilə bağlı təhqiqat başlayıb.

AZƏRTAC Europe 1 radiostansiyasına istinadla xəbər verir ki, Men Hunvey sentyabrın 29-da Fransadan Çinə yola düşüb.

KİV-lərin məlumatına əsasən, onun itkin düşməsi barədə uşaqları ilə birgə Fransanın Lion şəhərində yaşayan həyat yoldaşı xəbər verib. Təşkilatın mənzil-qərargahı həmin şəhərdə yerləşir.

Qeyd edək ki, Hunvey 2016-cı ildən Beynəlxalq polis təşkilatına rəhbərlik edib. Buna qədər o, Çinin İctimai Təhlükəsizlik İdarəsinin nazir müavini, Sahil Mühafizə Xidmətinin direktoru və Dövlət Okean İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Əvvəlkiİnterpolun prezidenti Men Hunveyin
Növbətimillət vəkili Tahir Kərimli