İnterpolun kiber fırıldaqçılara qarşı əməliyyatı zamanı minə yaxın insan saxlanılıb

Dünyanın 30 ölkəsində polis əməkdaşları Beynəlxalq Kriminal Polis Təşkilatının (İnterpol – red) onlayn fırıldaqçılıqla mübarizə məqsədilə keçirdiyi iri əməliyyatda 1 000-ə yaxın adamı saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə İnterpolun mətbuat xidməti məlumat yayıb.

“Bir sıra ölkələrin polis orqanlarının dələduzluqla mübarizə idarələri iyunun 28-dən noyabrın 23-dək birlikdə çalışıblar”, – hesabatda deyilir: “Təxminən 1 000 nəfər saxlanılıb, 130 milyon dollara yaxın vəsait götürülüb”.

İnterpolun məlumatına görə, əməliyyat zamanı 1,6 minə yaxın cinayətin üstü açılıb. Cinayətkarlar pul oğurlamaq üçün müxtəlif üsullardan, o cümlədən “başqa adamların kimliyini təqdim etmək”, “investisiya fırıldaqları” və “tanışlıq saytlarının istifadəçilərini aldatmaq” kimi müxtəlif üsullardan istifadə ediblər.

Əməliyyat 30 ölkədə, o cümlədən Avstraliya, Fransa, Hindistan, Cənubi Koreya, Polşa, Rumıniya, Böyük Britaniya və ABŞ-da həyata keçirilib.

ƏvvəlkiKəlbəcərin işğaldan azad edilməsindən 2 il ötür
NövbətiMilli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib