İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2020-ci ilə dair illik məlumatı haqqında məsələ Milli Məclisə daxil olub.

“Report”un əldə etdiyi məlumata görə, sənəd yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.

ƏvvəlkiAprelin 17-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
NövbətiBakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub