İngiltərə Almaniyanı məğlub edərək 1/4 finala yüksəldi

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gəlib.

“Uembli” stadionunda keçirilmiş qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 75-ci dəqiqədə Rahim Sterlinq hesabı açıb. 86-cı dəqiqədə isə Harri Keyn fərqi daha da artırıb.

1/8 final mərhələsinə bu gün keçiriləcək İsveç – Ukrayna görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi 1/4 finalda Almaniyaya rəqib olacaq.

ƏvvəlkiAzərbaycanın işgüzar turizm imkanları Türkiyədə təbliğ olunur
NövbətiSahibə Qafarova: “Türk Şurası öz strateji baxışını yaratmaq üzərində işləyir”