İmişlidə qəzalı məktəb qısa müddətdə mobil sanitar qovşağı ilə təmin ediləcək

Haqqında məlumat yayılan İmişli rayonunun Aranlı kənd məktəbində 3 sanitar qovşağı var. Təhsil müəssisəsi qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.

Bu barədə “Report”a Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilir ki, bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq.

ƏvvəlkiBir neçə gün əvvəl Azərbaycan tərəfə keçmiş mülki erməni aksiya ərazisindən Xankəndiyə yola salınıb
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə paylaşım edib