İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

“Report” xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm”.

ƏvvəlkiErmənistanın Azərbaycana təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi üçün 5,2 milyon manat ayrılıb
NövbətiAzərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Palatası yaradır