İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.

Dövlətimizin başçısını Sankt Peterburq şəhərindəki Pulkova 1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşladılar.

ƏvvəlkiGəncə Avropanın İdman Şəhəri titulunun rəsmi bayrağını təhvil alıb
NövbətiAzərbaycanda qəbirlərin ətrafının hasara alınması və başdaşı hündürlüyünün 1 metrdən yuxarı olması qadağan edilib