İkinci Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək

Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, həm kişilərdən, həm də qadınlardan ibarət cüdo komandalarımızın üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Cüdoçularımızdan 9-u kişi, 6-sı isə qadındır. Qadınların yarışında Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Nuriyə Axundova (63 kq), İrina Kindzerska (+78 kq) mübarizə aparacaqlar.

Kişilərin yarışında isə ölkəmizi Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) təmsil edəcəklər.

İkinci Avropa Oyunlarının cüdo yarışlarına iyunun 22-də start veriləcək. Üç gün ərzində baş tutacaq fərdi mübarizədən sonra iyunun 25-də qarışıq komanda yarışı keçiriləcək.

ƏvvəlkiMişel Platini həbs olunub
NövbətiDoğma Yurda Qayıdış İB 2 Dəyirmi Masa keçirdi