Doğma Yurda Qayıdış İB 2 Dəyirmi Masa keçirdi

12-13 iyun tarixlərində Doğma Yurda Qayıdış İB-i Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Sosial İqtisad Kollecində gənclərə və yeniyetmələrə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ müharibəsi veteranlarının iştirakı ilə vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” adlı layıhəsi çərçivəsində “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri”, “Yeniyetmə və gənclərə vətənpərvərlik ruhunun aşılanması” və “Milli Qəhrəmanlarımızı tanıyaq” mözularında iki Dəyirmi Masa keçirdi. DYQ sədri, layihə rəhbəri Səməd Hətəmov DM iştirakçılarını salamladıqdan sonra ARPYQHTDDŞ-yə PA-ya, Ağdam rayon İH-nə Sosial İqtisad Kollecinin rəhbərliyinə tədbirin təşkilatçılığında yardımçı olduqları üçün təşəkkürünü bildirdi. Layihə rəhbəri DM-də iştirak edən Qarabağ müharibəsi qazilərini tədbir iştirakçılarına təqdim etdi. Ağdam rayon Qarabağ Qazilər birlyinin sədri Şamil Əbilov, sədr müavini Mahir Rzayev, qazilər Rizvan Əliyev, Mehman Göyüşov və Bəxtiyar Qəhrəmonov dəvət üçün layihə rəhbərinə öz təşəkkürlərini bildirdilər. Sonra DM-in 1-ci mövzusu ilə bağlı söz ekspert Rəfail Tağızadəyə verildi. Ekspert Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı DM iştirakçılarına geniş məlumat verdi. Bu münaqişə nəticəsində çoxsaylı insan itkisi ilə paralel tarixi abidələrə dəymiş, dəyəri milyard manatlarla ölçülən nəticələr haqqında çoxsaylı faktları DM iştirakçılarının diqqətinə çatdırdı. Ekspertin çıxışından sonra DM-in gündəliyinə uyğun olaraq çay fasiləsi oldu. Fasilədən sonra Qarabağ qazisi Şamil Əbilov DM iştirakçılarına keçdiyi döyüş yolu, o cümlədən erməni vəhşilyi haqqında məlumat verdi. Daha sonra mövzu ətrafında müzakirələr başladı. DM iştirakçısı Röya Səlimova Ermənistan-Azərbaycan müharibəsinin yenidən başlayacağı təqdirdə xanımlarında bu prosesdən kənarda qalmayacağını, igid əsgərlərimizlə çiyin-çiyinə torpaqlarımızn işğaldan azad edilməsi istiqamətində fəal iştirak edəcəkləri ilə bağlı çıxış etdi. Ekspert DM iştirakçılarını maraqlandıran suallara cavab verdi. DM 13.00-da başa çatdı. İyunun 13-də Doğma Yurda Qayıdış İB-i “Yeniyetmə və gənclərə vətənpərvərlik ruhunun aşılanması” və “Milli Qəhrəmanlarımızı tanıyaq” mözusunda 2-ci DM-ni keçirdi. DYQ sədri, layihə rəhbəri Səməd Hətəmov DM iştirakçılarını salamladıqdan sonra söz Rəfail Tağızadəyə verildi. Ekspert yeniyetmə və gənclərə vətənpərvərlik ruhunun aşılanması isitqamətində, o cümlədən Milli Qəhrəmanlarımızla bağlı DM iştirakçılarına geniş məlumat verdi. Ekspertin çıxışından sonra DM-in gündəliyinə uyğun olaraq çay fasiləsi oldu. Fasilədən sonra Qarabağ qaziləri Mahir Rzayev, Rizvan Əliyev DM iştirakçılarına keçdiyi döyüş yolu, hərbi vətənpərvərlik haqqında məlumat verdi. Daha sonra mövzu ətrafında müzakirələr başladı. DM iştirakçılarından Ömər Məmmədov mövzu ətrafında çıxış etdi. Milli Qəhrəmanlarımızın müharibədəki rolu ilə bağlı danışdı. Ekspert DM iştirakçılarını maraqlandıran suallara cavab verdi. DM 13.00-da başa çatdı.

DYQ Mətbuat Xidməti

Əvvəlkiİkinci Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək
NövbətiAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi törəmə şirkətinin rəhbərini dəyişib