İki ayda neft məhsullarının istehsalı 25,4 faiz artıb

Bu ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalının ümumi dəyəri 596,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanacaq mazutunun istehsalında 8,2 dəfə, avtomobil benzininin istehsalında 51,2 faiz, sürtkü yağlarının istehsalında 21,5 faiz, dizel yanacağının istehsalında 0,5 faiz artım olub. Neft koksunun istehsalı 12,2 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,4 faiz azalıb.

ƏvvəlkiMüdafiə Nazirliyində xidməti müşavirə keçirilib
Növbətiİpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 32% artıb