İDLİBDƏN QARABAĞA

Son dövrdə dünyanın diqqəti İdlibə cəmlənib. Rusiya və Türkiyə diplomatları arasında danışıqlara baxmayaraq, Suriyanın şimalında gərginliyin artması müşahidə olunur. Hazırkı vəziyyət nəzarət altından çıxaraq genişmiqyaslı qarşıdurmaya çevrilə bilərmi?

RUSİYA VƏ TÜRKİYƏ: QARŞIDURMA, YOXSA RAZILIQ?

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bir sıra ekspertlərin İdlibdə Rusiya Federasiyası ilə Türkiyə arasındakı qarşıdurma təhlükəsi ilə bağlı bir sıra mütəxəssislərin fikirlərini şərh edərkən bildirib ki, “İdlibdəki vəziyyət olduqca çox narahatedicidir. Vəziyyət dərin narahatlıq yaradır. Bu vəziyyət Rusiya və Türkiyə tərəfləri arasında daima əsas müzakirə mövzusu olur. Biz pis ssenarilər barədə danışmaq istəməzdik”. Bunu Peskov bir həftə öncə deyib.

Hadisələrin gedişatını proqnozlaşdırmaq çətindir. Vəziyyətin həll olunmasına dair Moskva ilə Ankaranın diplomatik cəhdləri hələ ki, nəticə verməyib.

“Bu, demək deyil ki, tərəflər münaqişəni güc yolu ilə həll etmək niyyətindədirlər”, – Moskvadakı Carnegie Mərkəzinin eksperti Aleksey Xlebnikov deyir. Onun sözlərinə görə, keçmişdə belə məsələlərin həlli Putinlə Erdoğanın bilavasitə danışıqlarında mümkün olub və çox güman ki, bu dəfə də yekun sözü prezidentlər deyəcək.

Türkiyə Xarici İşlər Nazirliyində də eyni vəziyyətə işarə ediblər. Moskva və Ankara İdlibə dair atəşkəs barədə razılığa gələ bilərlər. “Bu, tərəflərə məqbul şərtləri razılaşdırmaq və manevr üçün vaxt və məkan verə bilər”, – BBC News Turkcedən İrem Köker bildirib.

Belə bir atəşkəsin əldə edilməsi üçün ilkin şərtlər mövcuddur. Moskva və Dəməşq üçün İdlibin özü o qədər vacib deyil, tərəfləri ilk növbədə M4 və M5 yollarına nəzarət maraqlandırır. Qələbə qazanacağı təqdirdə Əsəd ordusu ölkənin bütün nəqliyyat sisteminin əsasını təşkil edən M4 və M5 yollarını tamamilə nəzarət altına alacaq.

Ankara, İdlib şəhəri yaxınlığında və Suriya-Türkiyə sərhəddində mövqelərini möhkəmləndirmək müqabilində öz nəzarətində olan torpaqların bir hissəsini qarşı tərəfə verə bilər.

Bütün bunlar Suriyada mümkün eskalasiyasını və hərbi toqquşmanı istisna etmir. Hərçənd ki, hazırda belə bir alovlanma ehtimalı yüksək deyil, İrem Köker deyir.

Amerikanın Səsi-nin analitikləri göstərirlər ki, Rusiya ilə Türkiyə arasında açıq qarşıdurmanın qarşısının alına biləcəyinə ümid etdiklərini bildirən Kreml rəsmiləri döyüşlər güclənəcəyi və Türkiyə hərbi əməliyyatlarını artıracağı təqdirdə Rusiyanın Əsəd qüvvələrini dəstəkləyəcəyi barədə xəbərdarlıq edib. Amma xəbərdarlığa baxmayaraq Amerikanın Səsi-nin analitiklərinə görə, Kreml Türkiyə ilə açıq münaqişədən yayınmağa çalışır.

Qarşıdurmadan Türkiyə də yayınır. Hər iki tərəf anlayır ki, onların qarşıdurması qlobal səviyyədə Qərbin çoxdan arzuladığı senaridir və qarşıdurma hər iki dövlət üçün sonu görünməyən və nəticələrini hesablamaq mümkün olmayan qanlı bataqlığa çevrilə bilər.

QARABAĞ MƏSƏLƏSİNİN İNDİKİ DURUMU

Münhen debatında və ondan sonra biz erməni tərəfinin mövqeyini bir daha gördük. Əslində Paşinyan yeni heç nə demədi. Erməni dığacığı sadəcə söz oyununu davam etdirərək debatdan sonra bildirdi ki, “heç bir torpaq qaytarılmayacaq”. Əslində bu, indiyədək danışıqlarda ermənilərin sərgilədiyi mövqeyin davamıdır. Bu cür erməni “maksimalizmi” ona hesablanıb ki, son nəticədə Azərbaycandan “arsax” üçün konfederativ hüquqlar qoparsınlar.

Bizim bəzi politoloqlar bildirirlər ki, ermənilər bu cür mövqe ilə danışıqları dalana dirədirlər, uzadırlar. Amma məsələnin əsl mahiyyətində aydın olur ki, bu “danışıqılar”, yəni, Minsk qrupu formatında “fəaliyyət” sadəcə oyunbazlıqdan başqa bir şey deyil. Gün kimi aydındır ki, “münaqişə tərəflərinin danışıqları” torpaqlarımızın işğalının davam etməsini istəyən qüvvələrin siyasi oyunudur. Bu oyunda iştirak etməyə biz məcburuq, çünki kiçik dövlətik, türk dövlətiyik, müsəlman dövlətiyik və arxasında hər hansı bir xristian superdövlətin durmadığı dövlətik. Bir misal çəkək ki, qonşu Gürcüstanın, Ukraynanın  torpaqlarının Rusiya tərəfindən ilhaqına qarşı dünyanın xristian superdövlətləri olan ABŞ, Fransa, İngiltərə hansı tutarlı tədbirləri gerçəkləşdirdilər? Əgər ABŞ, Fransa, İngiltərə kimi dünyanın xristian superdövlətləri xristian Gürcüstanı, Ukraynanı işğalçı Rusiyanın caynağından qurtara bilmirlərsə və ya istəmirlərsə, onda müsəlman və türk Azərbaycanı üçün nə edəcəklər? Əgər biz sabah Rusiyanın hərbi bazası olan “ermənistan” adlı qurumcuğa qarşı anti-terror və Vətən Müharibəsinə başlasaq, Qərb bizi ən azından, siyasi səviyyədə dəstəkləyəcəkmi?

AZƏRBAYCANIN YENİ VƏ ÇOXDAN GÖZLƏNİLƏN MESAJI

Münhen Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə “ermənistan” başçısı arasındakı debatın nəticələrini AYNA-ya şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov düzgün bir müşahidəsi ilə bölüşmüşdü: “Paşinyan açıq şəkildə Ermənistanın işğal etdiyi əraziləri ilhaq etmək istədiyini söylədi. Bu mövqeni müdafiə etmək (Minsk qrupu dövlətləri və ya bütünlükdə Qərb — Q.), demək olar ki, mümkün deyil. Ermənilər vəziyyəti tənqidi qiymətləndirə bilmirlər və hazırkı siyasətin ölkəni uçuruma sürükləməsini başa düşmürlər. Baş Nazirin səsləndirdiyi bəzi məqamlar hələ tam təhlil edilməyib. Paşinyanın ritorikasının sərtləşməsinə cavab olaraq, Prezident İlham Əliyevin bəyanatlarına görə, muxtariyyətin olmayacağını başa düşmək olar və Qarabağdakı ermənilər digər Azərbaycan vətəndaşları kimi eyni hüquqlara sahib olacaqlar”, – keçmiş nazir bildirib.

Bizim qəzet səhifələrində Qarabağda məskunlaşmış erməni kolonistlərinə hər hansı bir xüsusi statuslu muxtariyyətin verilməsi daim böyük səhv və hətta, Azərbaycanın dağılması üçün siyasi-hüquqi baza kimi dəyərləndirilirdi. Digər tərəfdən, qəzetimizin səhifələrində daim biz tələb edirdik ki, Minsk qrupu formatında danışqılarda rəsmi Bakı “ermənistan” adlı ərazidə azərbaycanlılar üçün xüsusi statuslu muxtariyyətin yaradılması tələbini ortaya qoysun. Həqiqətən də, nəyə görə “ermənistan” ərazisindən azərbaycanlılar qovulmalı, Azərbaycan ərazisində isə, işğalçı ilə birgə azərbaycanlılara qarşı soyqırım törədən erməni kolonistləri cəzasız qalaraq, hələ üstəlik yüksək statuslu konfederativ dövlət subyekti yaradıb şellənsinlər? Bu, ədalətlidirmi?

Bu yaxınlarda separatçı, erməni əlaltısı olan Əlikram Hümbətovun tərəfdarı, Şabanov familiyalı rus vətəndaşı erməni KİV-lərinə müsahibəsində bir fikir söyləmişdi. O demişdi ki, əgər rəsmi Bakı Azərbaycan ərazisini işğal etmiş, azərbaycanlıları qətl etmiş ermənilərə yüksək statuslu muxtariyyət vəd edirsə, niyə Azərbaycandakı digər etnik toplumlar ermənilərlə eyni yüksək statuslu muxtariyyət almasınlar. Yəni, Madrid prinsiplərinə uyğun Qarabağdakı erməni kolonistlərinə yüksək statuslu muxtariyyətin verilməsi Azərbaycanda etnik separatizmin partlamasına gətirib çıxaracaq!

Ona görə də daim Qarabağdakı erməni kolonistlərinə yüksək statuslu muxtariyyətin verilməsi əleyhədarı olmuşuq. Allaha şükür, elə zaman yetişdi ki, rəsmi Bakı artıq erməni işğalçılarına heç bir muxtariyyət vəd etmir!

İdlib problemindən göründüyü kimi Rusiya Türkiyə ilə münasibətləri korlamaq fikrində deyil. Hətta, İdlibə və strateji yollara ikili nəzarət layihəsi nəzərdən keçirilir. Əgər belədirsə, rəsmi Bakı fürsətdən istifadə edib, 1-2 işğalçı erməni məntəqələrini aviazərbələr ilə yer üzündən silə bilər. Bir şərtlə ki, ordumuz irəliyə getməsin. Sadəcə uzaq məsafədən hər hansı səbəbi bəhanə gətirib erməni işğalçılarının canlı qüvvəsini bacardıqca çoxsaylı itkilərə düçar etmək lazımdır. Sözün qısası, Qarabağı ermənilər üçün qəbiristanlığa çevirməliyik. Rusiya tərəfinin mövqeyini yoxlamaq üçün. Çünki rəsmi Moskva Türkiyə və Azərbaycanla indiki dövrdə münasibətləri kəskin korlamaqdan ehtiyat edəcək. Biz isə, bu fürsəti əldən verə bilmərik!

Qarxunlu

“Millətçilik” qəzeti 

ƏvvəlkiXalq artisti Ağaxan Salmanlı vəfat edib
NövbətiBakıda qadın pnevmaniyadan öldü