İctimai nəqliyyatın hərəkəti bərpa olunub

Bu gün saat 06:00-dan Azərbaycanda ictimai nəqliyyatın hərəkəti bərpa edilib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti Novruz bayramı günlərində ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair qərar qəbul etmişdi. Qərara əsasən, martın 20-si saat 00:00-dan martın 29-u saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılmışdı.

ƏvvəlkiAzərbaycanda koronavirusa daha 1831 yoluxma faktı qeydə alınıb
NövbətiTeledərslərin martın 29-na olan cədvəli