İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 2022-ci il avqustun 4-də radikal dini qruplar tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinə qarşı zorakı və qəbuledilməz hücumu pisləyib.

Trend xəbər verir ki, bu barədə İƏT-in bəyanatında deyilir.

“Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipini pozur. Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir”, – deyə bəyanatda bildirilir.