Hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində əməliyyat keçirib, vəzifəli şəxslər həbs edilib

Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində əməliyyat keçirib, bir neçə vəzifəli şəxs həbs edilib.

“Report”un əldə etdiyi məlumata görə, nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq davam edir.

ƏvvəlkiŞose velosipedi üzrə Azərbaycan kubokunun birinci mərhələsi başa çatıb
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6841 yoluxma faktı qeydə alınıb