Horadiz-Ağbənd dəmir yolu xəttində infrastruktur işlərinə başlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC Horadiz-Ağbənd dəmir yolu xəttində infrastuktur işlərinə başlayıb.

“Report” xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəisi Natəvan Bayramova bildirib.

Onun sözlərinə görə, bu işlərin Bərdə-Ağdam dəmir yolu xətti ilə bağlı da həyata keçirilməsi nəzərdə tutulub.

“Sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb, törədilmiş vandalizm aktları qarşısında bu, çox yumşaqdır. Hətta Ağdam-Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə dəmiryol yatağının olması bilinmir”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini bu il fevralın 15-də qoyulub. Uzunluğu 100 km olacaq bu infrasturktur layihəsi işğaldan azad olunmuş torpaqlara gediş-gəlişdə mühüm rol oynayacaq və ən vacibi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb
NövbətiABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidentinə zəng edib