Hikmət Hacıyev Pakistan səfiri ilə ikitərəfli gündəliyi müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşməkdən məmnunam”, – B.Hayee qeyd edib.

Səfir bildirib ki, görüş çərçivəsində ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər:

“Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə dinamika qatacaq”.

ƏvvəlkiHulusi Akar Azərbaycana gəlib
NövbətiQaribaşvilinin ardınca bütün hökumət istefaya gedir