Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Seyid Abbas Musəvi tviterdə yazıb.

Səfir qeyd edib ki, konstruktiv keçən ikitərəfli münasibətlərdəki son hadisələri və Cənubi Qafqaz regionundakı mövcud vəziyyət, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün əməli addımlar nəzərdən keçirilib.

ƏvvəlkiAzərbaycan Gimnastika Federasiyası 2023-cü il üçün könüllülərin qeydiyyatını elan edib
NövbətiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər