Hikmət Hacıyev: “Diplomatik korpusun Qubadlı və Zəngilana səfəri uğurla başa çatıb”

“Diplomatik korpusun Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri uğurla başa çatıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev tviterdə yazıb.

“Zəngilan Hava Limanında mülki təyyarələrin mühərriklərinin uğultusu. Bakı və Ankaradan olan diplomatik korpusun Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri uğurla başa çatıb”, – paylaşımda qeyd edilib.

ƏvvəlkiLondonda Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
NövbətiBaş Prokurorluq ictimaiyyətə videomüraciət edib