Hidayət Heydərov Avropa çempionu olub, Rüstəm Orucov bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı Covanni Espozitonu (İtaliya) sınağa çəkib.

Qızıl xal bölümündə qalib gələn Heydərov ikiqat Avropa çempionu olub.

73 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı Adrian Sulka (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub.

ƏvvəlkiAzərbaycan mədəniyyətini təbliğ edəcək portalın təqdimat mərasimi keçiriləcək
Növbətiİlin ilk Günəş tutulması başlayıb