Hesablama Palatasında vəzifəyə təyin ediləcək şəxslərin adları məlum oldu

Hesablama Palatasının sədr müavini və auditorlar vəzifəsinə namizədlərin adları məlum oldu.

Trend-in məlumatına görə, Nəsir İbrahim oğlu Sadıqovun Palata sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.

Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimovanın isə Hesablama Palatasının auditorlarının təyin edilməsi üçün namizədliyi irəli sürülüb.

Nəsir İbrahim oğlu Sadıqovun Hesablama Palatasının sədr müavini, Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimovanın Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunub.

Məsələ Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

ƏvvəlkiÖtən il 628 saxta pul nişanı tədavüldən çıxarılıb
NövbətiAzərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı