Hazırda 8 min müharibə veteranı və şəhid ailəsi üzvü, əlilliyi olan şəxs müxtəlif işlərdə çalışır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən “İşsizin dostu” proqramı üzrə ödənişli ictimai işlərə cəlb edilən şəxslər arasında müharibə veteranları, şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslərə üstünlük verilir.

Nazirlikdən “Report”a verilən məlumata görə, mərkəzin icra etdiyi proqram üzrə işləyənlərdən hazırda 8 min nəfərini həmin kateqoriyalardan olan vətəndaşlar təşkil edir.

“İşsizin dostu” proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur və onların böyük əksəriyyəti ölkəmizin regionlarındadır. Proqrama cəlb olunan hər bir şəxslə əmək müqaviləsi bağlanıb ki, bu da işə cəlb edilənlərin gələcək əmək və sosial təminat hüquqlarının formalaşmasına əsas yaradır.

ƏvvəlkiGürcüstan Prezidentinin impiçmenti üçün imzatoplama kampaniyasına başlanılıb
NövbətiQərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib