Hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 27 nəfərə çatıb

Bu gün saat 15:00-a qədər olan məlumata görə, paytaxtda müşahidə olan hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Məlumata görə, xəsarət alanlardan üçünə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

ƏvvəlkiETSN vətəndaşlara xəbərdarlıq edib
NövbətiAzərbaycanda koronavirusdan 145 nəfər sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb