Hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 27 nəfərə çatıb

Bu gün saat 15:00-a qədər olan məlumata görə, paytaxtda müşahidə olan hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Məlumata görə, xəsarət alanlardan üçünə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.