Hasilat Sənayesində Şəfafflıq təşəbbüsü təbliğ olunur – Siyəzən rayonunda Dəyirmi Masa keçirildi

“İctimai İştirakçılığın Dəstəklənməsi”  İctimai Birliyinin təşəbbüsü ilə Siyəzən rayonunda Hasilat Sənayesində Şəfafflıq mövzusunda Dəyirmi Masa keçirilib.

Hasilat Sənayesində Şəfafflıq  nədir ? -Təşəbbüsün bölgələrdə təbliği ” adlı layihə çərçivəsində keçirilən tədbir  Azərbaycan Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət Dəstəyi  Şurasının maliyyə  dəstəyi  ilə  baş tutub.

Tədbiri Birliyin  rəhbəri Şaban Nəsirov açaraq,  öncə Siyəzən rayonunun iqtisadi potensalından söhbət açıb. Xatırladıb ki, rayon əsasən neft və qazçıxarma sənayesi üzrə məşhurdur: “Neft çıxarılmasında rayonun zəngin təcrübəsi var. Uzun illər neft çıxarmaya sərf olunan maliyyə barədə yalnız ekspertlər və bu sahə ilə maraqlanan şəxslər məlumat ala bilirdi. Bu isə əsassız söz-söhbətlərə səbəb olurdu. Uzun illərdir ki, hökümət Mədən Sənayesində Şəffaflıq Təşəbbüsnə dəstək verir. Bunun sayəsində təkcə ekspertlər, neft sahəsində çalışanlar deyil, hər kəsin məlumat almaq imkanı yaranıb. Belə ki, Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentin Fərmanına əsasən ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi beynəlxalq prinsiplər əsasında davam etdirilir”.

Ekspert fərmandan doğan əsas prinsipləri Dəyirmi Masa iştirakçılarnın nəzərinə çatdırıb. Bildirib ki, şəffaflıq 3 əsas elementdən ibarətdir. Bunlar neft, qaz və mədən sənayesində fəaliyyət göstərən şirkətlərin dövlətə ödənişləri, dövlət büdcəsinə şirkətlərdən daxilolmalar, hasilat sənayesi ilə bağlı digər aidiyyatı məlumatların açıqlanmasıdır.

 Ekpert həmçinin bildirib ki, təbii ehtiyatlardan əldə olunan gəlirlər vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunmalıdır. Təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkanverən mühüm vasitədir. Dövlət hasilat sənayesindən əldə olunan gəlirlərin idаrə olunması ilə bağlı vətəndаşlаr qаrşısındа hеsаbаt verməlidir.

Şaban Nəsirovun sözlərinə görə, hasilat sənаyesində fəaliyyət göstərən dövlət və özəl şirkətlər tərəfindən şəffаflığın, o cümlədən dövlətin maliyyə idarəetməsinin və hesabatlılığın gücləndirilməsi təmin olunmalıdır. Ölkənin maliyyə şəffaflıq standartları hasilat sənаyеsində fəaliyyət göstərən bütün şirkətlərə şamil edilməlidir. Bu sahədə şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənаyеsində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilаtlаr, mаliyyə qurumları, investorlar və qеyri-hökumət təşkilаtlаrı da dахil оlmаqlа, bütün mаrаqlı tərəflərin iştirakı təmin edilməlidir.

Ekpert qeyd edib ki, Azərbaycanın hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq  üzrə Komissiya  yaradılıb.

Komissiya öz fəaliyyətini illik Fəaliyyət Planı əsasında həyata keçirir. Komissiya Hasilat Sənayesində Şəffaflıq üzrə ümumiləşdirilmiş hesabatların  müfəssəlliyinin və gəlirlər üzrə ictimai məlumatlılığın artırılması məqsədilə HSŞ-nin icra edilməsinin genişləndirilməsini təşviq edir və ictimai həyatda, dövlət əməliyyatlarında və biznes sahəsində yüksək şəffaflıq və hesabatlılıq standartlarının həyata keçirilməsini həvəsləndirir.

Fərmana əsasən, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə komissiyanın katibliyi funksiyasını Azərbaycan Respublikasının Dövlət Neft Fondu həyata keçirir.

Tədbdə Dəyirmi Masa İştirakçılarının mövzu ilə bağlı suallarını ekspertlər cavablandırıblar.

Şaban Nəsirov sonda tədbirin keçrilməsinə göstərdiyi yardıma görə Siyəzən Rayon İcra Hakimyyətinin başçısı Asif Hüseynova və Dəyirmi Masanın təşkilatçılığında xüsusi rolu olan Aqil müəllimə dərin təşəkkürünü bildirib.

ƏvvəlkiTürkiyə prezidenti Fəxri xiyaban və Şəhdilər xiyabanını ziyarət edib
NövbətiƏrdoğan Bakıda əfsanəvi prezidenti ziyarət etdi – Türk KİV