Hacıqabuldakı qəzada xəsarət alanların adları məlum olub

Hacıqabulda baş verən qəzada xəsarət alanların adları məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, yaralanan 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar:

Ağcabədi sakini, 1972-ci il təvəllüdlü Piriyev Zamiq Sehriman oğlu

Ağdam sakini, 1993-cü il  təvəllüdlü Mehdiyev Hamlet Elmiroğlu

Ağdam sakini, 1964-cü il təvəllüdlü Nəcəfova Zülfiyyə Mədət qızı

Bərdə sakini, 1961-ci il təvəllüdlü Hüseynova Raya Əvəz qızı

Tərtər sakini, 1963-cü il təvəllüdlü Niftəliyeva Müşkünaz Əyyub qızı

Ağdam sakini, 1991-ci il  təvəllüdlü İsmayılova Qızbəst Mehralı qızı

Hacıqabul sakini, 1966-cı il təvəllüdlü Babayev Elşən Əlican oğlu

Tərtər sakini, 1979-cu il təvəllüdlü Ələkbərova Kamalə Kamal qızı

Ağdam sakini, 1977-ci il təvəllüdlü Abdullayeva Məhəbbət Balay qızı.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb. Belə ki, iritutumlu sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiZığ-Hövsan yolunun yenidən qurulmasına 4,9 milyon manat ayrılıb
NövbətiDİN xaricdən gələn zənglərlə bağlı əhaliyə xəbərdarlıq edib