Hacıqabul sakinini qatar vurub

Hacıqabulda 34 yaşlı kişini qatar vurub. Hadisə rayonunun Nəvahi kəndində baş verib.

Rayonun Nəvahi kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimov Elvin Səttar oğlunu qatar vurub. Yaralı ayaq barmaqlarının travmatik amputasiyası, çoxsaylı travmalarla Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiGəncədə “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası gənclərin fəallığı ilə davam edir
Növbəti“ADY Express” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı