Hacıqabul dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,“Azərbaycan Dəmir Yolları” QSC-nin 2019-cu il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq,  26 sentyabr 2019-cu il tarixdə Hacıqabul dəmir yolu stansiyasının  ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilib.

Bununla əlaqədar qovşağın mülki müdafiə rəhbərləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən qeyri-dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub.

Təlimin keçirilməsində  əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərlərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli, dərindən təhlili idi.

Təlim Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən müşahidə edilib.

ƏvvəlkiParisdə Avropa Voleybol Konfederasiyasının (CEV) 40-cı Baş Assambleyası keçiriləcək
Növbətiİran “Stena Impero” tankerini buraxıb