Hərbi qulluqçu odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Hərbi Prokurorluqdan Trend-ə verilən məlumatda deyilir.

Qeyd edilib ki, fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

ƏvvəlkiŞuşa şəhərində sosial infrastruktur layihələri uğurla davam etdirilir
NövbətiPrezident İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul edib