Hərbçilərimiz azad edilmiş ərazilərdə erməniləri belə tutdular

Sosial şəbəkələrdə işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan ordusunun bir neçə ermənini ələ keçirməsi ilə bağlı görüntülər yayılıb.

Türk.az Yeniavaz.com-a istinadən xəbər verir ki, kadrları lentə alan mülki şəxs ərazidə gizlənmiş ermənilərin onlara hücum etdiyini, daha sonra isə hərbçilərimizin onların köməyinə gəldiyini bildirir. Kadrlarda, hərbçilərimizin yolun kənarındakı çökəklikdə bir neçə ermənini mühasirəyə aldığı müşahidə olunur. Ara-ara eşidilən atəş səsləri isə ermənilər tərəfindən hərbçilərimizə qarşılıq verildiyini göstərir. Görüntülərin sonlarına doğru hərbçilərimiz erməniləri əsir götürür. Bu onlar arasındakı dialoqdan bəlli olur.
Sözügedən kadrları təqdim edirik:

ƏvvəlkiMövlud Çavuşoğlu və Ceyhun Bayramov arasında telefon danışığı olub
NövbətiAzərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib