Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.

Turk.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

ƏvvəlkiMəmur qızının nişanını qaytardı, pulunu da alıb… – Bakıda olay
NövbətiDaxili Qoşunların yaranmasının 26-cı ildönümü qeyd olunub