Gürcüstanın azərbaycanlılar yaşayan kəndində atışma olub, yaralanan var

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaratəhlə kəndində silahlı insident baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, naməlum şəxslər avtomobilində olan gəncə atəş açaraq hadisə yerindən qaçıblar.

Nəticədə o, xəsarət alıb. Yaralı Rustavi şəhərinin mərkəzi xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti kritik ağır qiymətləndirilir.

Hadisənin motivi məlum deyil.

Qaratəhlə kəndinə ekspert-kriminalistlər cəlb olunub.

ƏvvəlkiAzərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək
NövbətiMüdafiə Nazirliyi geri qaytarılmış hərbi quluqçuların adlarını açıqlayıb