Gürcüstanda zəlzələ olub

Gürcüstanda 4,5 maqnitudalı zəlzələ baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar yerli vaxtla saat 21:14-də qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonunun Sameba kəndi yaxınlığında olub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

ƏvvəlkiBakıda polis rəisi iş otağında dünyasını dəyişdi
NövbətiABŞ-da türk dünyasının yəhudi icmalarının dəyərləri mövzusunda tədbir keçirilib