Gürcüstanda üç nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

“Gürcüstanda üç pasiyent koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze öz növbəsində bildirib ki, ölkədə koronavirusla bağlı mübarizə üçün tələb olunan bütün resurslar var.

Nazirin sözlərinə görə, üç pasiyentlə bağlı analiz nümunələri Almaniyaya göndərilib və sabah yekun nəticələr məlum olacaq.

ƏvvəlkiTanınmış sənətkarlar 49 saylı Yevlax- Mingəçevir dairəsindən layiqli namizəd VERDİYEV AZƏRƏ DƏSTƏK OLDULAR
Növbətiİsrail rəsmisi: “Biz Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”