Gürcüstanda koronavirusa yoluxanların sayı 97-yə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, təsdiqlənən koronavirusa yoluxma halları 97-yə çatıb.

Qeyd olunub ki, karantində 4 876, stasionar nəzarətdə isə 264 nəfər saxlanılır.

COVID-19 infeksiyasından sağalanların sayı 18 nəfər təşkil edir. Hazırda aktiv koronavirus xəstələrinin sayı 79 nəfərdir.

ƏvvəlkiAzərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib
NövbətiDeputatlar Milli Məclisin iclasına tibbi maska ilə gəlib