Gürcüstanda gün ərzində iki zəlzələ qeydə alınıb

Dekabrın 4-də Gürcüstan ərazisində iki dəfə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilir ki, dekabrın 4-də saat 18:36-da qeydə alınan zəlzələ Gürcüstanın qərbində dağlıq Svaneti bölgəsində, Mestiya rayonu yaxınlığında baş verib.

Yeraltı təkanlar 3,6 bal gücündə olub.

Daha bir zəlzələ azərbaycanlılar yaşayan Kvemo-Kartli (Borçalı) bölgəsinin Dmanisi Bələdiyyəsinin Sameba kəndi yaxınlığında qeydə alınıb.

Zəlzələ Tbilisi vaxtı ilə saat 14:01-də, 3,1 bal gücündə olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

ƏvvəlkiBu gün Azərbaycanda koronavirusa qarşı 36 minə yaxın vaksin vurulub
Növbəti“Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı olub