Gürcüstan qaz və neft idxalını artırdı

Ötən ay Gürcüstan 56 761,8 min ABŞ dolları dəyərində təbii qaz idxal edib.

Türk.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qonşu ölkənin ümumi idxalında qaz idxalı 9,2% paya sahib olub. İllik müqayisədə Gürcüstanın qaz tədarükündə 25,5% artım qeydə alınıb.

Hesabat ayında Gürcüstanın idxal etdiyi neft və neft məhsullarının dəyəri isə illik müqayisədə 11,9% artaraq 51 597,3 min ABŞ dollara bərabər olub. Bu məhsulun ölkənin ümumi idxalındakı payı 8,3% təşkil edib.

ƏvvəlkiAvro-2020-nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq
NövbətiAzərbaycanda apteklər yeni ödəniş sisteminə cəlb ediləcək