Gürcüstan prezidenti tibbi maska taxdı

Gürcüstanda ilk koronavirus halı təsdiqlənəndən sonra ölkə prezidenti Salome Zurabişvili xüsusi kampaniya keçirib.

Türk.az-ın yerli bürosu xəbər verir ki, dövlət başçısı tibbi maska taxaraq avtobusa minib.

S.Zurabişvili şəhər avtobuslarının birində tibbi maskada olduğu fotoşəkillərini “Instagram” hesabında paylaşıb.

“Gəlin,#SafetynotFear! (təhlükəsizlik, qorxu yox) yayaq. Biz insanlara göstərməliyik ki, təhlükəsizlik sakit qalmaq və məsuliyyətli olmaqdır”, – prezident yazıb.

ƏvvəlkiTürkiyədən ilk rəsmi REAKSİYA: “Əsgərlərimizin qanı yerdə qalmayacaq”
NövbətiBakıdan Ankaraya uçan təyyarə yarı yoldan geri qayıtdı