Gürcüstan parlamentinin sədri istefa verdi

Gürcüstanın bu gün istefa vermiş parlament sədri Arçil Talakvadze vitse-spiker vəzifəsini tutacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının sədriİrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, A.Talakvadze hakim komandanın liderlərindən biri kimi aktiv siyasi fəaliyyətini vitse-spiker vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, A.Talakvadze spiker postunu 2019-cu ilin iyunundan tutub. O, ötən ilin dekabrında parlament seçkilərindən sonra yenidən bu vəzifəyə seçilib.

ƏvvəlkiAzərbaycanda xarici valyutada kreditlər 20% azalıb
NövbətiAzərbaycan “Metsamor” AES-in bağlanması üçün beynəlxalq təşkilatlara çağırış edib