Gürcüstan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı məsələ qaldırılıb

Gürcüstan parlamentinin bugünkü iclasında deputat Savalan Mirzəyevson günlər Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı çıxış edib.

Türk.az-ın yerli bürosu xəbər verir ki, deputat Gürcüstan və Azərbaycan xalqlarının əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşadığını bildirib.

Onun sözlərinə görə, iki xalq arasında mehriban qonşuluq münasibətləri bundan sonra da davam edəcək. S.Mirzəyev məbəd-kompleksi ətrafında yaranmış vəziyyətin birgə səylərlə mütləq həll olunacağını bildirib.

Çıxışının sonunda o, Gürcüstanın hazırkı və keçmiş siyasətçilərini məbəd ətrafında yaranmış vəziyyəti gərginləşdirməməyə çağırıb.

ƏvvəlkiPrezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşavirini qəbul edib
NövbətiHüseyn Abdullayevin məhkəməsində Xalq artisti ifadə verib