Gürcüstan Azərbaycandan qaz idxalını 12%-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 718 171 kub metr təbii qaz idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Məlumata görə, Azərbaycandan alınmış təbii qazın ümumi dəyəri 123 403,5 min ABŞ dolları təşkil edib.

Son 1 ildə Gürcüstana ixrac olunmuş Azərbaycan qazının həcmi 78 414kub metr və yaxud 12,2%, qazın dəyəri isə 10 782,5 min dollar və yaxud 9,5% artıb.

ƏvvəlkiKomitə: Son 25 ildə 34 azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb
NövbətiSalyanda bir ailənin 3 üzvü qəzaya düşüb, 4 yaşlı uşaq ölüb – YENİLƏNİB